Əsas Səhifə > Milli komandalar > Azərbaycan - Belçika oyununun hakimləri bəlli olub

Azərbaycan - Belçika oyununun hakimləri bəlli olub


6-09-2023, 12:00


Bakıda Azərbaycan və Belçika komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.

BrendSport.az
xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə edilib.

FİFA referisi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da gerçəkləşəcək Azərbaycan - Belçika görüşü saat 17:00-da başlayacaq.
Geri qayıt