Əsas Səhifə > Milli komandalar > İordaniya yığmasının Azərbaycanla yoldaşlıq görüşü üçün ilkin heyəti açıqlanıb
İordaniya yığmasının Azərbaycanla yoldaşlıq görüşü üçün ilkin heyəti açıqlanıb30-08-2023, 23:00 |
İordaniya yığmasının sentyabrda Norveç və Azərbaycan millilərinə qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün ilkin heyəti açıqlanıb. BrendSport.az xəbər verir ki, baş məşqçi Hüsseyn Ammuta 31 futbolçuya dəvət göndərib. Onlardan 5-i qapıçı, 10-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 7-si isə hücumçudur. Artıq təlim-məşq toplanışına başlayan İordaniya yığması ilk yoxlama görüşü üçün sentyabrın 4-də Norveçə yollanacaq. Səfərdən bir gün əvvəl isə yekun heyət açıqlanacaq. Qapıçılar: Yazid Əbu Layla, Abdulla əl-Fəxuri, Malik Şalabiya, Məhəmməd əl-Əmvasi, Abdullah əl-Zubi Müdafiəçilər: İhsan Həddad, Firas Şalabiya, Məhəmməd Əbu Həşiş, Yusuf Əbu əl-Cəzar, Mustafa Eid, Abdullah Nəsib, Yazan əl-Arab, Məhannəd Xair Allah, Salim Obaid, Hijazi Maher Yarımmüdafiəçi: Mahmud Şavkat, Nizar əl-Raşdan, İbrahim Sadeh, Nur əl-Ravabdeh, Raqayi Ayed, Obayda əl-Samarneh, Saleh Rateb, Yussef Əbu Calbuş, Məhəmməd Əbu Rizk Hücumçular: Mahmud əl-Mardi, Musa əl-Tamari, Anas əl-Avadat, Məhəmməd Əbu Zureyk, Həmzə əl-Dardur, Əli Olvan, Yazan əl-Naymat Qeyd edək ki, İordaniya yığması sentyabrın 7-də Norveçlə Osloda, 12-də isə Azərbaycan millisi ilə Bakıda üz-üzə gələcək. Geri qayıt |