Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-18 millisi heç-heçə edib
Azərbaycanın U-18 millisi heç-heçə edib30-08-2023, 10:10 |
Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. BrendSport.az xəbər verir ki, yığma I liqa təmsilçisi “İmişli” ilə üz-üzə gəlib. “Dalğa Arena”da baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millinin heyətində 53-cü dəqiqədə Niyazi Osmanov fərqlənib. Qeyd edək ki, komanda daha əvvəl "Qaradağ Lökbatan"a 0:1 hesabı ilə yenilib. Geri qayıt |