Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Azərbaycanın voleybol millisi qrupdan çıxmaq şansını itirib
Avropa çempionatı: Azərbaycanın voleybol millisi qrupdan çıxmaq şansını itirib24-08-2023, 20:10 |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında qrupdan çıxmaq şansını itirib. BrendSport.az xəbər verir ki, buna hazırda Çexiya yığmasının İsveçlə görüşdə ilk iki seti qazanması səbəb olub. Çexlər ən azı bir xalı təmin etdiyindən, milli 1/8 finala yüksələ bilməyib. Qeyd edək ki, Azərbaycan yığması 6 kollektivin yer aldığı C qrupunu 5 xalla beşinci sırada bitirib. Geri qayıt |