Əsas Səhifə > Milli komandalar > Azərbaycanda çıxış edən iki futbolçu Moldova millisinə çağırılıb
Azərbaycanda çıxış edən iki futbolçu Moldova millisinə çağırılıb23-08-2023, 16:00 |
Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçu Moldova millisinə çağırılıb. BrendSport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi növbəti dəfə yığmaya cəlb ediliblər. Baş məşqçi Sergey Kleşenko sentyabrda keçiriləcək iki oyun üçün legioner həyatı yaşayan 18 futbolçuya dəvət göndərib ki, onlar arasında Avramla Marandiçi də yer alıb. Moldova yığması sentyabrın 7-də Avstriya ilə yoxlama görüşündə, 10-da isə Farer adaları ilə AVRO-2024-ün seçmə mərhələ matçında üz-üzə gələcək. Geri qayıt |