Əsas Səhifə > Milli komandalar > Azərbaycan güləş millisi dünya çempionatını 2 medalla başa vurub
Azərbaycan güləş millisi dünya çempionatını 2 medalla başa vurub20-08-2023, 21:00 |
20 yaşadək yunan-Roma güləşçiləri arasında İordaniyanın paytaxtı Ammanda keçirilən dünya çempionatını Azərbaycan millisi 1 gümüş, 1 bürünc medalla başa vurub. BrendSport.az xəbər verir ki, yarışın son günündə İlkin Qurbanov 60 kq çəki dərəcəsində 3-cü yeri tutub. Təsəlliverici görüşdə ispaniyalı Qorka Qarixoya tam üstünlüklə (11:2) qalib gələn güləşçimiz, həmçinin, gürcüstanlı Anri Xozrevanidze (4:2) və qırğızıstanlı Emirlan Duişenaliyevi (3:1) üstələyərək, mundialın bürünc medalını qazanıb. Qeyd edək ki, ötən gün Fərid Sadıxlı (55 kq) dünya ikincisi olub. Geri qayıt |