Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin basketbolçusu "Gəncə" klubu ilə vidalaşıb

Azərbaycan millisinin basketbolçusu "Gəncə" klubu ilə vidalaşıb


17-08-2023, 17:30


Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev "Gəncə" klubundan ayrılıb.

BrendSport.az
xəbər verir ki, 33 yaşlı oyunçu bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.

Həmzəyev müəyyən səbəblərə görə karyerasını paytaxtda davam etdirmək qərarına gəldiyini bildirib.

Təcrübəli oyunçu Gəncə təmsilçisi ilə vidalaşıb və nə vaxtsa yollarının kəsişəcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, "Gəncə" ötən mövsüm Azərbaycan Basketbol Liqasında gümüş medal qazanıb, ölkə kubokunun isə qalibi olub.
Geri qayıt