Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-21 millisinin Serbiya ilə matçının başlama saatı açıqlanıb

Azərbaycanın U-21 millisinin Serbiya ilə matçının başlama saatı açıqlanıb


14-08-2023, 11:45


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiya ilə keçirəcəyi oyunun başlama vaxtı müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, sentyabrın 12-də baş tutacaq səfər qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

U-21-lərin görüşü Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutacaq.
Geri qayıt