Əsas Səhifə > Milli komandalar > Belçika millisinin daha bir ulduzu Azərbaycanla oyunu buraxacaq

Belçika millisinin daha bir ulduzu Azərbaycanla oyunu buraxacaq


12-08-2023, 09:40


Belçika yığmasının daha bir ulduzu sentyabrda Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

BrendSport.az
xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Kevin De Bröyne zədə səbəbindən Bakıdakı matçda oynamayacaq.

32 yaşlı pleymeyker səfərdə "Bernli"ni 3:0 hesabı ilə darmadağın etdikləri Premyer Liqanın yeni mövsümünün açılış qarşılaşmasında dizindən zədə alıb. Təcrübəli oyunçu 23-cü dəqiqədə Mateo Kovaçiçlə əvəzlənib.

Qeyd edək ki, daha əvvəl Belçika yığmasının əsas qapıçısı Tibo Kurtua İspaniya "Real"ının məşqi zamanı sıradan çıxıb. Qolkiperin əməliyyat olunacağı və ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Sentyabrın 9-da keçiriləcək Azərbaycan - Belçika oyunu saat 17:00-da başlayacaq.
Geri qayıt