Əsas Səhifə > Milli komandalar > Basketbol üzrə millimiz Cəbəllütariq yığması ilə qarşılaşacaq
Basketbol üzrə millimiz Cəbəllütariq yığması ilə qarşılaşacaq3-08-2023, 22:55 |
Avqustun 3-də Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun qrup oyunları yekunlaşıb. BrendSport.az xəbər verir ki, A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı sonuncu oyununda Moldova yığması ilə üz-üzə gəlib və rəqibinə 64-70 hesabı ilə məğlub olub. Qrupda 3-cü pilləni tutmuş U-18 millimiz, 5-9-cu yerlər uğurunda oyunda Cəbəllütariq yığması ilə qarşılaşacaq. Oyun avqustun 4-də saat 15:00-da reallaşacaq. Geri qayıt |