Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Basketbol üzrə Azərbaycan millisi Kipr yığmasına uduzub
Avropa çempionatı: Basketbol üzrə Azərbaycan millisi Kipr yığmasına uduzub31-07-2023, 22:30 |
18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının "C" divizionunda növbəti oyununu keçirib. BrendSport.az xəbər verir ki, yığma A qrupundakı ikinci matçında Kipr seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 78:48 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin qrupdakı sonuncu görüşü Moldovaya qarşı olacaq. Avqustun 3-də keçiriləcək oyun saat 20:00-da baş tutacaq. Geri qayıt |