Əsas Səhifə > Milli komandalar > Qızlardan ibarət millimiz Avropa çempionatının yarımfinalında

Qızlardan ibarət millimiz Avropa çempionatının yarımfinalında


20-07-2023, 21:00


Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin qrup oyunları yekunlaşıb.

BrendSport.az
xəbər verir ki, B qrupunda qərarlaşmış millimiz, qrupun sonuncu oyununda Albaniya seçməsini 69-64 hesabı ilə məğlub edib və qrup lideri kimi Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Qızlardan ibarət millimizin yarımfinalda rəqibi Gürcüstan yığması olacaq. Oyun 22 iyul Bakı vaxtı ilə saat 21:30 -da baş tutacaq və FIBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq
Geri qayıt