Əsas Səhifə > Milli komandalar > Uels millisinin sabiq futbolçusu Rayan Giqqz bəraət alıb
Uels millisinin sabiq futbolçusu Rayan Giqqz bəraət alıb18-07-2023, 14:00 |
Sevgilisini döyməkdə ittiham olunan Uels millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Rayan Giqqzin günahsız olduğu müəyyənləşib. BrendSport.az xəbər verir ki, 50 yaşlı keçmiş yarımmüdafiəçi bəraət alıb. İyulun 31-nə təyin edilmiş məhkəmə prosesi baş tutmayacaq. Giqqzin bütün ittihamlar üzrə günahsız olduğu sübuta yetirilib. Qeyd edək ki, Rayan Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham edilib. O, hadisədən sonra polis tərəfindən saxlanılsa da, bir gün sonra zaminə buraxılıb. 2018-ci ildə yığmanın baş məşqçisi təyin olunan mütəxəssis 2021-ci ildə komanda ilə vidalaşmalı olub. Geri qayıt |