Əsas Səhifə > Milli komandalar > Xorvatiya millisinin üzvü Azərbaycan çempionuna keçib

Xorvatiya millisinin üzvü Azərbaycan çempionuna keçib


17-07-2023, 14:20


Xorvatiya millisinin futzalçısı Luka Pavloviç Azərbaycan çempionu “Araz-Naxçıvan”a keçib.

BrendSport.az
xəbər verir ki, 25 yaşlı qapıçı baş məşqçi Vitali Borisovun istəyi ilə transfer olunub.

Anlaşmaya əsasən, qolkiper qarşıdakı mövsümü “Araz-Naxçıvan”ın heyətində keçirəcək.

Luka Pavloviçin son klubu “AFC Universitas Split” olub.
Geri qayıt