Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin sabiq futbolçusu Ukraynada klubunu dəyişib

Azərbaycan millisinin sabiq futbolçusu Ukraynada klubunu dəyişib


10-07-2023, 18:15


Azərbaycan millisinin və "Sumqayıt" komandasının sabiq futbolçusu Dmitri Nağıyev Ukraynada klubunu dəyişib.

BrendSport.az
xəbər verir ki, "İnqulets"dən ayrılan 28 yaşlı müdafiəçi karyerasını "Obolon"da davam etdirəcək.

Təcrübəli oyunçu artıq Kiyev təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Dmitri Nağıyev 2021-ci ilin yanvarından 2022-ci ilin yayınadək "Sumqayıt"ın formasını geyinib. O, Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.
Geri qayıt