Əsas Səhifə > Milli komandalar > Mahir Emreli "Dinamo"nun heyətində MOİK-ə qol vurub

Mahir Emreli "Dinamo"nun heyətində MOİK-ə qol vurub


3-07-2023, 21:00


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti qolunu vurub.

BrendSport.az
xəbər verir ki, 26 yaşlı hücumçu Bolqarıstanın MOİK komandasına qarşı yoxlama oyununda fərqlənib.

Təcrübəli forvard 21-ci dəqiqədə rəqib qapısına yol tapmaqla görüşdə hələlik yeganə qolun müəllifi olub. Hazırda qarşılaşmada fasilədir.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümün ikinci yarısını icarə əsasında Türkiyə "Konyaspor"unda keçirib.
Geri qayıt