Əsas Səhifə > Milli komandalar > Avropa Oyunları: Azərbaycanın çimərlik futbolu yığması 5-ci yeri tutub

Avropa Oyunları: Azərbaycanın çimərlik futbolu yığması 5-ci yeri tutub


1-07-2023, 17:37


Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.

BrendSport.az
xəbər verir ki, yığma 5-ci yer uğrunda görüşdə Moldova seçməsi ilə qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi 5-ci pilləni tutub.

Yığmanın heyətində Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və Fuad Hüseynov fərqləniblər.
Geri qayıt