Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib


29-06-2023, 14:30


Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəliləyib.

BrendSport.az
xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1143 xalla 121-ci sırada qərarlaşıb.

Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə etməsi səbəb olub.

İki pillə irəliləyən Türkiyə seçməsi 1484 xalla 41-ci yeri tutub.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderliyini davam etdirib. Qətərdəki mundialın finalçısı Fransa seçməsi (1843) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb.
Geri qayıt