Əsas Səhifə > Milli komandalar > Millimiz Albaniyaya uduzdu
Millimiz Albaniyaya uduzdu21-01-2018, 20:26 |
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Rəşad Sadıqovun komandası Albaniya U-21 millisi ilə qarşılaşıb. Gənclər millisi ilə debüt matçında “Alanyaspor”un U-21 komandası üzərində qələbəyə sevinən Sadıqov yetirmələrinin nəyə qadir olduqlarını bu dəfə də albaniyalı həmyaşıdları üzərində yoxlayıb. Xaricdə oynayan futbolçuların xidmətindən məhrum olan “Qarabağ”ın kapitanı heyəti yerli çempionatın iştirakçılarından qurmalı olub. Bununla belə, Sadıqov “Alanyaspor”la oyundan fərqli olaraq bu dəfə əlavə dörd futbolçunu - Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyevi iş başında görə bilib. Matç Albaniyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yoxlama oyunu 21 yanvar Azərbaycan U-21 – Albaniya U-21 - 0:1 Azərbaycan: 12 Abdulla Seyidəhmədov, 20 Ömər Buludov, 4 Bəhlul Mustafazadə (K), 5 Elvin Sərkərov, 2 Sərtan Taşkın, 6 Qismət Alıyev, 28 Hacıağa Hacılı, 24 İsmayıl İbrahimli, 9 Fəhmin Muradbəyli, 27 Mahir Mədətov, 26 Ramil Şeydayev Ehtiyat oyunçular: 1 Kamran İbrahimov, 7 Ehtiram Şahverdiyev, 8 İlkin Muradov, 3 Anton Krivotsyuk, 10 Elnur Cəfərov, 18 Ülvü İskəndərov, 13 Murad Qayalı, 14 Nicat Süleymanov, 25 Murad Xaçayev, 16 İlyas Səfərzadə, 21 Xəyal Nəcəfov Baş Məşqçi: Rəşad Sadıqov Apasport.az Geri qayıt |