Əsas Səhifə > Milli komandalar > Azərbaycan idmançısı: “Avropa Oyunlarının qalibi olmaq istəyirəm”
Azərbaycan idmançısı: “Avropa Oyunlarının qalibi olmaq istəyirəm”25-06-2023, 17:40 |
“Yarımfinalda və finalda qalib gələrək, Avropa Oyunlarının qalibi olmaq istəyirəm”. BrendSport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində 1/4 final mərhələsində gürcüstanlı Giorgi Kleynə qalib gələrək yarımfinala adlayan idmançı bürünc medalı təmin edib. Lakin X.Əliyev bununla kifayətlənmək fikrində deyil: “İlk döyüşüm idi. Qismət oldu, elə ilk qələbədəcə bürünc medalı təmin etdim. Buna görə çox xoşbəxtəm. Sevincimin həddi-hüdudu yoxdur. Ancaq məqsədim turnirdə daha da irəliləməkdir”. Yarımfinalda yerli idmançı Oskar Sieqertlə görüşəcəyini xatırladan azərbaycanlı döyüşçü bunun ona narahatlıq doğurmadığını söyləyib: “İndi bütün diqqətimi yarımfinal döyüşünə yönəltmişəm. Rəqibin yerli idmançı olması və azarkeşlərin onu dəstəkləməsi üzərimdə heç bir təzyiq yaratmayacaq. Onu məğlub etmək üçün əlimdən gələni edəcəyəm”. Qeyd edək ki, yarımfinal görüşü iyunun 26-da keçiriləcək. Geri qayıt |