Əsas Səhifə > Milli komandalar > Avropa çempionatı: Azərbaycanın cüdo yığması komanda hesabında birinci olub
Avropa çempionatı: Azərbaycanın cüdo yığması komanda hesabında birinci olub24-06-2023, 23:00 |
Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında fərdi yarışlar başa çatıb. BrendSport.az xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyini 9 medalla tamamlayıb. Yığma medal əyarına görə komanda hesabında birinci yeri tutub. Cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) və Ramazan Əhmədov (+90 kq) Avropa çempionu olub, Xədicə Qədəşova (52 kq), Əhməd Rüstəmov (55 kq) və Mehdi Cəfərov (66 kq) isə bürünc medal qazanıb. Qeyd edək ki, iyunun 25-də Avropa çempionatında qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək. Geri qayıt |