Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi və "Neftçi" 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında mübarizəni dayandırıb

Azərbaycan millisi və "Neftçi" 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında mübarizəni dayandırıb


23-06-2023, 21:00


3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi və "Neftçi" komandası Fransanın Orlean şəhərində keçirilən Dünya Qadın Seriyasının növbəti mərhələsində mübarizəni dayandırıb.

BrendSport.az
xəbər verir ki, A qrupunda yer alan "ağ-qaralar" ilk oyunda Kanada millisinə 17:21, ikinci görüşdə isə İtaliya seçməsinə 14:16 hesabı ilə məğlub olub.

C qrupunda çıxış edən yığma isə ilk matçda ABŞ-a 7:21, ikinci oyunda isə Çinin "Yuanda" klubuna 14:21 hesabı ilə uduzub.
Geri qayıt