Əsas Səhifə > Milli komandalar > Stolüstü tennisçilərimiz Avropa çempionatına qatılacaqlar

Stolüstü tennisçilərimiz Avropa çempionatına qatılacaqlar


13-06-2023, 14:00


Stolüstü tennisçilərimiz 13 yaşadək idmançıların Avropa çempionatında mübarizə aparacaqlar. Seçmə komandamız bu gün yarışın təşkil ediləcəyi Zaqreb şəhərinə yollanıb.

BrendSport.az
xəbər verir ki Azərbaycan Xorvatiya sınaqlarında 4 idmançı ilə təmsil olunacaq. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova şəxsi, komanda və qoşa-qarışıq mübarizədə etimadı doğrulmağa çalışacaq.

Azərbaycan millisi ilk olaraq komanda yarışlarında Polşa, İsveç və İslandiya seçmələri ilə eyni qrupda qüvvəsini sınayacaq.
İyunun 14-də start veriləcək Avropa çempionatına iyunun 18-də yekun vurulacaq.
Geri qayıt