Əsas Səhifə > Milli komandalar > Azərbaycanın veteran cüdoçuları Avropa çempionatını 11 medalla başa vurublar
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatını 11 medalla başa vurublar11-06-2023, 14:30 |
Sloveniyanın Podçetrtek şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının fərdi yarışlarına yekun vurulub BrendSport.az xəbər verir ki, çempionatda ölkəmiz 7 yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunub. Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edib. Fərdi yarışların sonuncu günündə M1 və M2 yaş kateqoriyası üzrə 12 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. M1 yaş kateqoriyası üzrə Rəşid Şəmizadə (66 kq) və M2 yaş kateqoriyası üzrə Vasif İbrahimov (100 kq-dan yuxarı) gümüş medala sahib olublar. M1 yaş kateqoriyasında Qurban Məmmədli (100 kq-dan yuxarı), M2 yaş kateqoriyası üzrə Vüqar Babayev (66 kq) və Ruslan Əliyev (100 kq-dan yuxarı) bürünc medal qazanıblar. Cüdoçularımız yarışda, ümumilikdə, 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər. Nəticələrə görə, veteranlarımız çempionatı ümumi hesabda yeddinci, kişilər arasında isə beşinci yerdə başa vurublar. Geri qayıt |