Əsas Səhifə > Milli komandalar > U-21 millimizin rəqiblərindən biri bəlli oldu

U-21 millimizin rəqiblərindən biri bəlli oldu


8-01-2018, 09:35


Yanvarın 10-dan 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) rəqiblərindən biri bəlli olub.

BrendSport.az xəbər verir ki, yığmanın baş məşqçisi kimi Rəşad Sadıqov Gürcüstana rəqib olub.

Qonşu ölkə təmsilçisi ilə görüş yanvarın 23-də baş tutacaq. Bu oyun Antalyanın Lara bölgəsində keçiriləcək. Gürcüstan millisinin baş məşqçisi Qiya Tsetsadzedir.

Qeyd edək ki, Qiya Tsetsadze Rəşad Sadıqova tanış simadır. O, "Samtredia”nın baş məşqçisi kimi Sadıqovun şərəfini qoruduğu "Qarabağ”la Çempionlar Liqasının təsnifat mərhələsində görüşüb. Qonşu ölkənin gənclərdən ibarət yığmasının məşqçilərindən biri də Zurab Xizanişvilidir. O isə ölkəmizdə "İnter” (indiki "Keşlə” - red.) klubunun şərəfini qoruyub.
Geri qayıt