Əsas Səhifə > Milli komandalar > Azərbaycanın U-17 komandası moldovalı həmyaşıdları ilə qarşılaşıb

Azərbaycanın U-17 komandası moldovalı həmyaşıdları ilə qarşılaşıb


8-05-2023, 11:00
Azərbaycanın U-17 komandası moldovalı həmyaşıdları ilə qarşılaşıb


On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA inkişaf turnirində son oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 3:2 hesabı ilə rəqibin xeyrinə nəticələnib.
Millimizin qollarını 26-cı dəqiqədə Həsən Nəzərli və 39-cu dəqiqədə Ziya Şəkərxanov vurublar.
Yığmamız ilk oyununda Farer adaları yığmasına 2:0 hesabı ilə gəlib.
Geri qayıt