Əsas Səhifə > Milli komandalar > Güləşçilərimiz “Zəfər kuboku”nu 12 medalla başa vurublar

Güləşçilərimiz “Zəfər kuboku”nu 12 medalla başa vurublar


30-04-2023, 12:41
Güləşçilərimiz “Zəfər kuboku”nu 12 medalla başa vurublar
Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə güləşçilər arasında “Zəfər kuboku” başa çatıb.

BrendSport.az
xəbər verir ki, ənənəvi yarışda ölkəmizi yunan-Roma və qadın güləşi üzrə U-17 milli komandalarımız təmsil edib.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Elvin Mürsəliyevin rəhbərliyi altında 9 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (45 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) çempion olub. Nurlan İbadzadə (60 kq) ikinci, Elnar Ziyadov (48 kq), Roman Kərimov (60 kq), Cavidan Nehmətov (71 kq) və Mikayıl İsmayılov (92 kq) isə üçüncü yeri tutub. 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan millimiz 173 xalla komanda hesabında 1-ci yeri tutub.
Qadın güləşində böyük məşqçi Həsrət Məmmədyarovla məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 3 medal əldə edilib. Günay Qurbanova (61 kq) qızıl, Səadət Quliyeva (43 kq) və Esra Məmmədli (49 kq) bürünc medal qazanıb. Yığmamız 63 xalla 3-cü yeri tutub.
Beləliklə, turnirdə güləşçilərimiz 12 (5 qızıl, 1 gümüş, 6 bürünc) medal qazanıb. Bu yarışda ölkəmizi hakim qismində beynəlxalq dərəcəli referi Xəzər Allahverdiyev təmsil edib.
Geri qayıt