Əsas Səhifə > Maraq > Azərbaycan millisi Şimali Makedoniya yığmasına minimal hesabla qalib gəlib

Azərbaycan millisi Şimali Makedoniya yığmasına minimal hesabla qalib gəlib


18-04-2023, 19:00
Azərbaycan millisi Şimali Makedoniya yığmasına minimal hesabla qalib gəlib


Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
BrendSport.az xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb.
Komandamızın qolu 35-ci dəqiqədə Həsən Nəzərli vurub.
Bu komandalar arasında növbəti oyun aprelin 20-də keçiriləcək.
Geri qayıt