Əsas Səhifə > Maraq > Ağırlıqqaldıranlarımızın İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər açıqlanıb
Ağırlıqqaldıranlarımızın İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər açıqlanıb14-04-2023, 16:30 |
Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər açıqlanıb. BrendSport.az xəbər verir ki, komandamızın üzvlərindən ilk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. Çempionatda 49 kiloqram çəki dərəcəsində mübarizə aparacaq idmançımız aprelin 15-də gücünü sınayacaq. Kişilərin yarışında İsa Rüstəmov (67 kq) aprelin 17-də, Ömər Cavadov (73 kq) ertəsi gün, nəhayət, Əli Şükürlü (102 kq) ayın 22-də yarışacaq. Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək İrəvanda keçiriləcək. Geri qayıt |