Əsas Səhifə > Maraq > "Formula 1": Almaniyalı pilot Bakıdakı yarışda cərimələnəcək

"Formula 1": Almaniyalı pilot Bakıdakı yarışda cərimələnəcək


13-04-2023, 11:41


"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Niko Hülkenberq Azərbaycan Qran Prisində cərimələnəcək.

BrenSport.az
 "Motorsport Italia" nəşrinə istinadən xəbər verir ki, buna 36 yaşlı sürücünün Avstraliyadakı yarışın sonunda uğursuzluqla üzləşməsi səbəb olub.

Almaniyalı pilot “MGU-K” kinetik generatorunu dəyişəcəyi üçün cərimə ilə üzləşəcək. Bunun hər mövsümdə yalnız iki dəfə dəyişdirilməsinə icazə verilir. Hülkenberq artıq üçüncü dəfə belə halla üzləşmiş olacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək. Niko Hülkenberq hazırda 6 xalla 9-cu pillədə qərarlaşıb.


Geri qayıt