Əsas Səhifə > Maraq > Qrup hərəkətləri komandamızın üzvləri Avropa çempionatının posterində yer alıblar

Qrup hərəkətləri komandamızın üzvləri Avropa çempionatının posterində yer alıblar


12-04-2023, 13:01
Qrup hərəkətləri komandamızın üzvləri Avropa çempionatının posterində yer alıblar

Mayın 17-21-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 39-cu Avropa çempionatının posteri ictimaiyyətə təqdim olunub.

BrendSport.az
xəbər verir ki, posterdə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın üzvləri yer alıblar.

Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi beşinci Avropa çempionatı olacaq.

Qeyd edək ki, paytaxtımız 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.

Beş gün davam edəcək çempionatda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər.
Geri qayıt