Əsas Səhifə > Maraq > Gimnastımız Zöhrə Ağamirova Fransada ikinci olub

Gimnastımız Zöhrə Ağamirova Fransada ikinci olub


9-04-2023, 11:00
Gimnastımız Zöhrə Ağamirova Fransada ikinci olub

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq Qran-Pri turnirində gümüş medal qazanıb.

BrendSport.az
xəbər verir ki, təmsilçimiz çoxnövçülük proqramında fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Turnirdə Zöhrə Ağamirova ilə yanaşı, böyüklərdən ibarət qrup hərəkətləri komandamız - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da mübarizə aparır.

Yarışa aprelin 9-da yekun vurulacaq.
Geri qayıt