Əsas Səhifə > Maraq > Formula 1 Azərbaycan Qran-Prisinə ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb
Formula 1 Azərbaycan Qran-Prisinə ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb9-04-2023, 01:00 |
BrendSport.az xəbər verir ki, bu il keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin biletləri əvvəlki yarışlardan daha sürətlə satılır. Tribunaların bir çoxuna biletlər artıq tamamilə tükənib. Qalan tribunalarda isə çox az yer qalıb. Turab Teymurov vurğulayıb ki, Formula 1 yarışı artıq yeddinci ildir Azərbaycanda keçirilir. Lakin ilk dəfədir ki, biletlər belə tez satılır. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb. “Azərbaycan Qran Prisi aprelin 28-30-da keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq. Ümidvarıq ki, Azərbaycan Qran Prisi gələcəkdə də davam edəcək. Bakıdakı yarışın müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Bu barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə paylaşılacaq”, - deyə Turab Teymurov əlavə edib. Geri qayıt |