Əsas Səhifə > Maraq > Azərbaycanlı futbolçular Latviyada məğlubiyyətə üzüldülər

Azərbaycanlı futbolçular Latviyada məğlubiyyətə üzüldülər


8-04-2023, 08:04


Latviya çempionatında 4-cü turun oyunları keçirilir.

BrendSport.az
xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Metta/LU” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan xalsız ayrılıb - 2:3.

Start heyətdə meydana çıxan Ramin sonadək oynayıb. Nazim isə 82-ci dəqiqədə meydana buraxılıb, 90+4-də də sarı vərəqə ilə cəzalanıb.

Xatırladaq ki, müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.


Geri qayıt