Əsas Səhifə > Maraq > Millimizin futbolçusu lider üzərində qələbəyə sevindi

Millimizin futbolçusu lider üzərində qələbəyə sevindi


8-04-2023, 08:31


Futbol üzrə Niderland birinci divizionunda 32-ci turun oyunları keçirilib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb. 

Sözügedən kollektiv evdə lider “Zvolle” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib - 4:2.

Ozan da bu görüşün iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb.

“Eyndhoven” hazırda 50 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


Geri qayıt