Əsas Səhifə > Maraq > Marneulidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turniri keçiriləcək
Marneulidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turniri keçiriləcək7-04-2023, 14:45 |
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Gürcüstanın Marneuli rayonunda “Dostluq” futbol turniri keçiriləcək. BrendSport.az xəbər verir ki, turnir Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. Turnirdə Tbilisidən, Marneuli, Bolnisi, Dmanisi, Qardabani və Tsalka rayonlarından azərbaycanlı və gürcü yeniyetmələrdən ibarət 8 komanda iştirak edəcək. Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov turnirin püşkatma mərasimində bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər çərçivəsində təşkil olunan bu yarışın məqsədi Gürcüstanda gənclər arasında əməkdaşlığın gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və idmana marağının artırılması, xalqlarımızın dostluq münasibətlərinin daha da möhkəmləndirilməsidir. “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı, Marneulidəki Çay Evinin layihə rəhbəri Emin Əhmədov, “Gənclik” idman klubunun direktoru Əhməd İsmayılov, Qardabanidəki “Teola” klubunun direktoru Tamaz Şamuqiya, Tbilisidəki “Nadiqvara” klubunun baş məşqçisi Quca Abaşidze və başqaları turnirin əhəmiyyət barədə fikirlərini bölüşüb, bu cür tədbirlərin xalqlarımız arasında dostluq əlaqələrinin daha da dərinləşməsində mühüm rol oynadığını vurğulayıblar. Sonra yarışın püşkü atılıb. Futbol turnirinin açılışı aprelin 22-də Marneuli rayonunun Qızılhacılı kəndindəki idman kompleksində olacaq. Açılış matçında Marneulinin “Gorarxı” və Bolnisinin “Sabah” komandaları qarşılaşacaq. Dairəvi sistem üzrə keçiriləcək turnirə mayın 7-də yekun vurulacaq. İlk üç yerin qaliblərinə diplom, medal və sertifikatlar təqdim olunacaq. Digər iştirakçılar da təltif ediləcəklər. Geri qayıt |