Əsas Səhifə > Maraq > Super Liqa klubu yarımmüdafiəçisi ilə yollarını ayırıb
Super Liqa klubu yarımmüdafiəçisi ilə yollarını ayırıb1-04-2023, 14:00 |
Türkiyənin “Kayserispor” futbol klubu yarımmüdafiəçisi Qustavo Kampanyaro ilə yollarını ayırıb. BrendSport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçunun Türkiyə klubundan ayrılmasına fevral ayında baş vermiş güclü zəlzələ səbəb göstərilib. O, ailəsi ilə birgə qardaş ölkədən ayrılmaq istədiyini bildirib və klub onun bu istəyinə əsasən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Kampanyaro 2020-ci ildən oynadığı “Kayserispor”da 90 oyuna 1 qol vurub. O, daha əvvəl “Braqantino”, “Verona”, “Evian”, “Ludoqorets” və “Şapekoense”də də forma geyinib. Geri qayıt |