Əsas Səhifə > Maraq > "Qarabağ"la "Qalatasaray" arasında transfer danışığı - Can bu futbolçunun adını çəkdi

"Qarabağ"la "Qalatasaray" arasında transfer danışığı - Can bu futbolçunun adını çəkdi


27-03-2023, 15:29


Bakıda "Qarabağ" və "Qalatasaray" arasında keçirilmiş xeyriyyə oyunundan sonra transfer danışığı baş tutub.

BrendSport.az
xəbər verir ki, bu iddianı türkiyəli jurnalist Burhan Can Terzi irəli sürüb.

O, İstanbul təmsilçisinin Toral Bayramovun durumu haqqında maraqlandığını vurğulayıb:

"Qarabağ"ın futbolçusu Toral Bayramov "Qalatasaray"ın gündəmindədir. Klub 22 yaşlı sol cinah müdafiəçisi üçün Azərbaycan təmsilçisinin rəsmiləri ilə danışıb və onun haqqında məlumat toplayıb".
Geri qayıt