Əsas Səhifə > Maraq > “Avro-2024”: seçmə mərhələdə ilk tura yekun vurulub
“Avro-2024”: seçmə mərhələdə ilk tura yekun vurulub26-03-2023, 06:07 |
Almaniyada təşkil olunacaq “Avro-2024”-ün seçmə mərhələsində ilk tura yekun vurulub. BrendSport.az xəbər verir ki, sonuncu oyun günündə 3 qrup üzrə daha 7 qarşılaşma keçirilib. A qrupunda Şotlandiya yığması Kipri, İspaniya millisi Norveçi qəbul edib. Hər iki oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. D qrupunda Türkiyə millisi səfərdə Ermənistanla üz-üzə gəlib. “Ay-ulduzlular” İrəvandakı matçda erkən qol buraxsalar da, qalan dəqiqələrdə rəqib qapısından iki top keçirməklə əzmkar qələbəyə imza atıblar. Qrupun digər oyunu isə Xorvatiya və Uels yığmaları arasında olub. Xorvatlar bu oyunda qələbəni son anda əldən veriblər. Qalan üç qarşılaşma I qrupu çərçivəsində keçirilib. Belarus İsveçrəni, İsrail Kosovonu, Andorra da Rumıniyanı qəbul edib. İsraildəki oyunda qalib müəyyənləşməyib. Digər iki oyunda isə qonaqlar inamlı qələbəyə seviniblər. AÇ-2024-ün seçmə mərhələsi Qrup mərhələsi, 1-ci tur 25 mart A qrupu Şotlandiya – Kipr 3:0 Qol: Makqinn, 21. Maktominay, 87; 90+3. İspaniya – Norveç 3:0 Qol: Olmo, 13. Xoselu, 84; 85. D qrupu Ermənistan – Türkiyə 1:2 Qol: O.Kabak, 11 (avtoqol) - O.Kökcü, 35. K.Aktürkoğlu, 64. Xorvatiya – Uels 1:1 Qol: Kramariç, 28 – Brodhed, 90+3. I qrupu Belarus – İsveçrə 0:5 Qol: Şteffen, 4; 17; 29. Caka, 62. Amduni, 65. İsrail – Kosovo 1:1 Qol: Perets, 56 – Dasa, 36 (avtoqol). Andorra – Rumıniya 0:2 Qol: Man, 35. Alibek, 50. Geri qayıt |