Əsas Səhifə > Maraq > Azərbaycan millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq
Azərbaycan millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq23-03-2023, 11:00 |
Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ikinci oyununu keçirəcək. BrendSport.az xəbər verir ki, futzalçılarımız Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bosniya və Herseqovinanın Şiroki Briyeq şəhərindəki Pecara idman zalında keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunun baş hakimi danimarkalı Martin Koster olacaq. Ona Nikola Manzione (İtaliya) və Peter Nurse (İngiltərə) kömək göstərəcək. Geri qayıt |