Əsas Səhifə > Maraq > Azərbaycanın FIFA referisi Latviya - İsrail oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Latviya - İsrail oyununu idarə edəcək


22-03-2023, 10:00


Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi növbəti oyun bəlli olub.

BrendSport.az
xəbər verir ki , 32 yaşlı ədalət təmsilçisi 6-cı qrupun III turundakı Latviya - İsrail matçında əsas hakim olacaq.

Ona Pərvin Talıbov və polşalı Mixal Sobçak laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər polşalı Patrik Qrıtskeviç yerinə yetirəcək.

Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçirilir. Məsiyev bu gün İsrail - Polşa oyununda da iş başında olacaq.
Geri qayıt