Əsas Səhifə > Maraq > Çempionlar Liqası: Mövsümün son püşkü atılacaq

Çempionlar Liqası: Mövsümün son püşkü atılacaq


17-03-2023, 08:00




BrendSport.az
xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq mövsümün son püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olacaq. Yəni mübarizəni davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilər.

1/4 finaldakı cütlüklərlə yanaşı, yarımfinalın potensial cütlükləri və finalın mümkün "ev sahibi" də müəyyənləşəcək.

“Bavariya” (Almaniya)

“Benfika” (Portuqaliya)

“Çelsi” (İngiltərə)

“İnter” (İtaliya)

“Mançester Siti” (İngiltərə)

“Milan” (İtaliya)

“Napoli” (İtaliya)

“Real Madrid” (İspaniya)

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Geri qayıt