Əsas Səhifə > Maraq > Nikita Simonov: Olimpiadaya lisenziya qazanmaq üçün şansımı yüksək dəyərləndirirəm
Nikita Simonov: Olimpiadaya lisenziya qazanmaq üçün şansımı yüksək dəyərləndirirəm11-03-2023, 18:49 |
Təəssüratlarım çox gözəldir. Bu yarış Olimpiadaya gedən yolda ən vacib mərhələlərdən biri hesab olunur. Hakimlərdən aldığım xal qənaətbəxşdir. BrendSport.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən idman gimnastikası üzrə dünya kubokunda halqalar ilə yarışlarda qızıl medal qazanan Azərbaycan təmsilçisi Nikita Simonov deyib. Gimnast bildirib ki, qızıl medal qazandığı üçün çox sevinclidir. Bununla kifayətlənməməli, öz üzərimdə daha çox işləməlidir. “Dünya kuboku yarışlarının təsnifat mərhələsində birinci olmuşdum. Bu baxımdan bir qədər həyəcan var idi. Amma idmançı yüksək səviyyəli hazırlıq prosesi keçəndə, özünəinamlı olur. Qarşıda məni Avropa çempionatı gözləyir. Həmin yarışda da yaxşı çıxış edərək, dünya çempionatında iştirak hüququ qazanmalıyam. Bir aydan sonra Misirdə lisenziya mərhələsi hesab olunan daha bir dünya kuboku yarışları olacaq. Olimpiadaya lisenziya qazanmaq üçün şansımı yüksək dəyərləndirirəm”, -deyə idmançı qeyd edib. Geri qayıt |