Əsas Səhifə > Maraq > Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə ölkə birinciliyi keçirəcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə ölkə birinciliyi keçirəcək


9-03-2023, 15:39
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə ölkə birinciliyi keçirəcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası martın 11-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edəcək.

BrendSport.az
xəbər verir ki, “Gənclər Kuboku” adı altında təşkil olunacaq turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı ölkə birinciliyi uğrunda mübarizə aparacaq.

Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışacaqlar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılacaq.

Qeyd edək ki, mayın 4-dən 7-dək “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunacaq bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır.

“Gənclər Kuboku”nda fərqlənən idmançılar “Prezident Koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanacaq.
Geri qayıt