Əsas Səhifə > Maraq > Bakıda keçiriləcək dünya kuboku yarışlarında ölkəmizi dörd gimnast təmsil edəcək
Bakıda keçiriləcək dünya kuboku yarışlarında ölkəmizi dörd gimnast təmsil edəcək3-03-2023, 09:22 |
Martın 9-dan 12-dək Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kuboku yarışlarında ölkəmizi dörd idmançı təmsil edəcək. BrendSport.az xəbər verir ki, turnirdə Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov medallar uğrunda mübarizə aparacaqlar. Qeydiyyat siyahısına əsasən, yarışlarda rekord sayda - 49 ölkədən 170 idmançının iştirakı gözlənilir. Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq. Geri qayıt |