Əsas Səhifə > Maraq > Vüqar Mustafayev Premyer Liqada 200-cü matçını keçirib

Vüqar Mustafayev Premyer Liqada 200-cü matçını keçirib


28-02-2023, 10:18
Vüqar Mustafayev Premyer Liqada 200-cü matçını keçirib

Azərbaycan Premyer Liqasının XXIV turu Vüqar Mustafayev üçün əlamətdar olub. “Sumqayıt”ın müdafiəçisi çempionatda 200-cü matçını keçirib.

BrendSport.az
xəbər verir ki, 29 yaşlı futbolçunun yubileyi “Kəpəz”lə ev görüşünə (1:2) təsadüf edib. O, Premyer Liqadakı 200 oyunda 2 qol vurub.

V.Mustafayevin debütü 2013-2014-cü il mövsümündə “Bakı”da gerçəkləşib. O, Premyer Liqada 5 klubun formasını geyinib. Müdafiəçi paytaxtın eyniadlı klubunda 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da 87 oyun keçirib. Futbolçu “Qarabağ” və “Zirə”nin heyətində fərqlənib
Geri qayıt