Əsas Səhifə > Maraq > Bu il bodibildinq üzrə Avropa və dünya çempionatlarına İspaniya ev sahibliyi edəcək
Bu il bodibildinq üzrə Avropa və dünya çempionatlarına İspaniya ev sahibliyi edəcək25-02-2023, 13:29 |
![]() Beynəlxalq Bodibildinq Federasiyası bu keçiriləcək dünya çempionatının yerini və vaxtını açıqlayıb. BrendSport.az xəbər verir ki, dünya çempionatı noyabrın 1-5-də İspaniyanın Santa-Susanna şəhərində təşkil olunacaq. Avropa çempionatı da mayın 3-8-də eyni şəhərdə keçiriləcək. Hər iki yarışda Azərbaycan millisinin iştirakı nəzərdə tutulub. Ötən il də hər iki çempionata Santa-Susanna şəhəri ev sahibliyi etmişdi. Milli komandamız dünya çempionatında 1 gümüş və 1 bürünc medal əldə etmişdi. Geri qayıt |