Əsas Səhifə > Maraq > Kipr klubu “Neftçi”nin legionerini transfer etmək istəyir

Kipr klubu “Neftçi”nin legionerini transfer etmək istəyir


25-02-2023, 07:30
Kipr klubu “Neftçi”nin legionerini transfer etmək istəyir

“Neftçi”nin aparıcı futbolçusu Kenni Sayef Kiprin “Omoniya” klubuna keçə bilər.

BrendSport.az
xəbər verir ki, Kipr çempionatının iddialı klubu olan Nikosiya təmsilçisi yayda Sayefi transfer etmək istəyir. Ancaq yarımmüdafiəçinin “Neftçi” ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. Buna görə də, Kipr klubunun rəhbərliyi Sayef üçün “Neftçi”yə müəyyən məbləğ ödəməlidir. Yayda “Omoniya”nın israilli futbolçu üçün “Neftçi”yə müraciət edəcəyi gözlənilir.

Xatırladaq ki, 29 yaşlı futbolçu ötən il "Anderlext"dən ayrılaraq "Neftçi"yə keçib.

 


Geri qayıt