Əsas Səhifə > Maraq > Səudiyyə Ərəbistanından olan hakimlər Yüksək Liqanın oyununa təyinat alıblar

Səudiyyə Ərəbistanından olan hakimlər Yüksək Liqanın oyununa təyinat alıblar


21-02-2023, 18:51
Səudiyyə Ərəbistanından olan hakimlər Yüksək Liqanın oyununa təyinat alıblar

AFFA-nın inzibati binasında FIFA tərəfindən futzal hakimləri və hakim inspektorları üçün seminar keçirilir.

BrendSport.az
xəbər verir ki, fevralın 22-dək davam edəcək seminar FIFA təlimatçısı Perri Qautier tərəfindən aparılır.

Seminarda Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən göndərilmiş rəsmi müraciət məktubuna əsasən, iki futzal hakimi və bir hakim-inspektor da iştirak edir.

Mübadilə proqramı əsasında Səudiyyə Ərəbistanından gələn hakimlər və hakim-inspektor Yüksək Liqanın XIV turunun “Alyans” – U-19 oyununa təyinat alıblar.
Geri qayıt