Əsas Səhifə > Maraq > “Zərərli vərdişlərə yox deyək”
“Zərərli vərdişlərə yox deyək”7-12-2017, 21:23 |
Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar, Yasamal rayonunda yerləşən Şuşa 1 saylı tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirilib. Şuşa rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, 9-10-11-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə, Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Cavid Cahangirli və digər şəxslər iştirak etmişlər. İştirak edənlərə QİÇS haqqında geniş məlumat verildikdən sonra, gənclərin sualları cavablandırılmışdır. Əliqasım Məmmədov Geri qayıt |